Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş barədə razılığa gəlib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya lideri mətbuat konfransında deyib.
O bildirib ki, Ərdoğan onu Türkiyədəki seçkilərdən öncə ölkəsinə dəvət etsə də, görüş başqa vaxta təyin olunub.
Hələlik görüşün harada baş tutacağı dəqiqləşdirilməyib:
"Ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm".
Son xəbərlər
Son Xəbərlər