Putin G20 sammitində iştirak edəcək

putin-g20-sammitinde-istirak-edecek
Oxunma sayı: 2243

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin Balidə keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırırlar.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Coko Vidodo bildirib.

“Si Cinpin gələcək. Prezident Putin də gələcəyini mənə söylədi”, - deyə agentlik Vidodonun sözlərindən sitat gətirir.

Qeyd edək ki, iyulun 20-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, Putinin sammitdə iştirak formatı ilə bağlı qərarın səfərdən əvvəl veriləcəyini bildirmişdi. G20 sammiti noyabrın 15-16-da dövlət başçılarının iştirakı ilə Balidə keçiriləcək.