Putin onunla Venesuelanı müzakirə etdi

putin-onunla-venesuelani-muzakire-etdi
Oxunma sayı: 1166

Rusiya Prezidenti Vladimir Putin braziliyalı həmkarı Luis İnasiu Lula da Silva ilə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

“Liderlər Venesuela ətrafındakı vəziyyətə diqqət yetirməklə, aktual beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.

Bildirilib ki, Rusiya və Braziliya liderləri Latın Amerikası və digər regionlarda gərginliyin azaldılması üçün səylərin əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.