Putin orduya çağırışla bağlı fərman imzaladı

putin-orduya-cagirisla-bagli-ferman-imzaladi
Oxunma sayı: 3795

Rusiya Prezidenti Vladimir Putin orduya payız çağırışının başlanması haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Fərmana əsasən, oktyabrın 1-dən ehtiyatda olmayan 18-27 yaşlı 130 min vətəndaş hərbi xidmətə çağırılacaq.

Həmçinin, bu gündən xidmət müddəti başa çatan ruslar da ordudan xaric ediləcəklər.

Putin Rusiya hökumətinə, icra hakimiyyətlərinə və çağırış komissiyalarına çağırış kampaniyası ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməyi tapşırıb.