Putin Pezeşkianla saziş imzalayacaq

putin-pezeskianla-sazis-imzalayacaq
Oxunma sayı: 1917

Rusiya Prezidenti Vladimir Putin yanvarın 17-də ölkədə səfərdə olacaq iranlı həmkarı Məsud Pezeşkianla danışıqlar aparacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Bildirilib ki, səfər çərçivəsində liderlər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Bununla yanaşı, Putinlə Pezeşkian Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar.