Zülfiyyə Xanbabayeva Mehinə bunu icazə vermədi - Video

zulfiyye-xanbabayeva-mehine-bunu-icaze-vermedi
Oxunma sayı: 1515

Müğənni Mehin Hümbətova ilə Xalq artisti Zülfiyyə Xanbabayeva arasında anlaşılmazlıq yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı M.Hümbətova “Qonaqcanlı” verilişində danışıb.

“Zülfiyyə Xanbabayevanın repertuarındakı bütün mahnıları çox sevirəm. Çünki biz bu mahnılarla böyümüşük. “Sənsiz” mahnısını ifa etmək istədik. Zülfiyyə xanım əvvəlcə icazə verdi. Biz artıq aranjimanı, demək olar, bitirmişdik, hazır idi. Nigar xanım zəng etdi, dedilər ki, harada istəyirsə, ifa etsin, amma bu mahnını yayımlamasınlar. Bəstəkar Hüseyn Abdullayev idi, ondan icazə ala bilmədiyimiz üçün, halallıq üçün Zülfiyyə xanıma müraciət etdik. Yəqin ki, özü yenidən mahnını oxumaq istəyir, ona görə də icazə vermədi. Eybi yox, olur belə şeylər”, - müğənni qeyd edib.