Putin Qrossi ilə görüşdü - Yenilənib

putin-qrossi-ile-gorusdu
Oxunma sayı: 3699

Rusiya Prezidenti Vladimir Putin bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi ilə görüşəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb. 

Görüş Soçidə keçiriləcək.

***

Rusiya Prezidenti Vladimir Putin və MAQATE rəhbəri Rafael Qrossi arasında görüş olub. Görüş 50 dəqiqə davam edib.

Görüşün əvvəlində Putin Qrossiyə bildirib ki, Rusiya nüvə enerjisi ilə bağlı hər yerdə təhlükəsizliyi təmin etmək üçün hər şeyi etməyə razıdır.

Rusiya Prezidentinin sözlərinə görə, Moskva bütün sahələrdə MAQATE ilə əməkdaşlığı davam etdirməyə hazırdır.