“Putin Rusiyanı çökməkdən xilas etdi”- - Qorbaçov

putin-rusiyani-cokmekden-xilas-etdi-
Oxunma sayı: 3424


Mixail Qorbaçov Vladimir Putini dəstəklədiyini bildirib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Qorbaçovun paytaxt Moskvada “Kremlindən sonra” kitabının təqdimat mərasimi baş tutub. Jurnalistlərin suallarını cavablandıran SSRİ-nin son prezidenti Putini Rusiyanın xilaskarı kimi qələmə verib:

“Bunu bütün rus vətəndaşları bilməlidir. Rusiya dövlətini çökməkdən, parçalanmaqdan Putin xilas edib. O, əvəzolunmaz liderdir”.