Putin xalqa müraciət etdi - Yenilənib - Video

putin-xalqa-muraciet-etdi
Oxunma sayı: 6290

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Putin müraciətində ötən gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verənləri qanlı və barbar terror hücumu adlandırıb.

O bildirib ki, onlarla dinc, günahsız insan terror aktının qurbanı olub.

Putin doğmalarını və yaxınlarını itirən hər kəsə başsağlığı verib. Həmçinin qeyd edib ki, Moskva və digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edilib.

***

“Terror aktını törədən 4 nəfərin hamısı saxlanılıb, onlar Ukraynaya qaçmağa cəhd ediblər. İlkin məlumatlara görə, Ukrayna tərəfində terror aktının iştirakçılarının sərhədi keçməsi üçün “pəncərə” hazırlanıb. Terror aktının təşkilatçıları bir vaxtlar nasistlər kimi nümayişkaranə edam və qanlı hədə-qorxu aktı hazırlayıblar”, - Putin əlavə edib.

***

Rusiya Prezidenti martın 24-nü milli matəm günü elan edib.

O qeyd edib ki, istintaq və hüquq-mühafizə orqanları terror aktının bütün təfərrüatını müəyyən etmək üçün əllərindən gələn hər şeyi edəcəklər: “Bu hadisədə kim iştirak edibsə, hər kəsi müəyyən edib cəzalandıracağıq. Terror aktının bütün icraçıları, təşkilatçıları və sifarişçiləri ədalətli cəzalarını alacaqlar.

Heç kim Rusiya vətəndaşlarının birliyini sarsıda bilməz. Rusiya ən çətin sınaqlar zamanı həmişə daha da güclənib və indi də belə olacaq”.