Putinin səfərini qiymətləndirdilər - - "Söhbət İlham Əliyev və Rusiyadan gedir"

putinin-seferini-qiymetlendirdiler-
Oxunma sayı: 3335


Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri başa çatıb. “Qafqazinfo” Müsavat başqanı isa Qəmbərlə Ümid partiyasının sədri İqbal Ağazadədən səfərin yekunlarını necə qiymətləndirdikləri barədə münasibət öyrənib.

 Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, hələlik səfər barəsində bilgiyə malik deyil: “Mətbuata bəlli olan protokol xarakterli məlumatlar əsasında səfərin mahiyyətini açmaq elə də asan deyil. Çünki protokollar səfərin əsl mahiyyətini üzə çıxarmır. Səfərdən sonra üzə çıxacaq məsələlər tərəflərin maraqlarına cavab verib-vermədiyini bəlli edəcək. Bu sıradan diplomatik səfər deyil. Rusiyanın region uğrunda savaşıdır. Mətbuat üçün hələlik səfərin mahiyyəti açıq deyil. Ona görə də zamanı gözləmək lazımdır. Bundan sonra tərəflər arasındakı münasibətlər hər şeyi üzə çıxaracaq”. 

Müsavat başqanı İsa Qəmbər isə hesab edir ki, hər iki tərəfin belə bir görüşə ehtiyacı var idi: “Amma heç bir tərəf istədiyi nəticəni tam şəkildə əldə etmədi. Müəyyən addımlar atdılar. Tərəflər maraqlarını qismən təmin edə bildilər. Söhbət İlham Əliyev və Rusiyadan gedir. Hesab etmirəm ki, İlham Əliyevin bu görüşdə maraqları tam təmin olunub”. 

Günel