Putinlə Lukaşenkonun danışıqları 5 saatdan çox davam edib

putinle-lukasenkonun-danisiqlari-5-saatdan-cox-davam-edib
Oxunma sayı: 2520

Rusiya Prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko Rusiya liderinin SoçidəkiBoçarov ruçeyiqamətgahında danışıqları başa çatdırıblar.

Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.

Danışıqlar 5 saat 15 dəqiqə davam edib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin və Lukaşenko ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və dövlətlərin ticarət-iqtisadi, enerji və mədəni-humanitar sahələrdə tərəfdaşlığı məsələlərini müzakirə ediblər.