Qadın işçi “Azərbaycan Dəmir Yolları”nın ofisində öldürüldü

qadin-isci-azerbaycan-demir-yollarinin-ofisinde-olduruldu
Oxunma sayı: 3384


“Qafqazinfo”nun salamnews-a istinadən məlumatına görə, hadisə şəxsi münasibət zəminində baş verib.

Ağır bədən xəsarətləri alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Gəncə Şəhər Prokrorluğunun böyük köməkçisi Anar Haqverdiyevin sözlərinə əsasən, məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsində müayinə olunan qadına bir neçə bıçaq zərbəsi vurulduğu aşkar edilib.

***

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, 77 yaşlı  Qəzənfər İsgəndərov könüllü olaraq Gəncə Xətt Polis Şöbəsinə gələrək təslim olub.

Murad Əhməd