“Qafqazinfo” Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 181.1.2 maddəsinə əsasən azadlıqdan məhrum edilən məhkum Orxan Ağasəf oğlu Səfərəliyevin yanına qısamüddətli görüşə gələn qohumunun üzərinə baxış keçirilib.
Balakən rayonu, Qullar kəndində yaşayan Tamara Kamil qızı Əzizovanın alt paltarında xüsusi üsulla gizlədilən sellofan paketlərdə 100 ədəd dərman həbi – metodon, 3,882 qram narkotik maddə - heroin və 4,480 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər