Bakıda daha bir şəxs yol qəzasının qurbanı olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən Nizami rayonu Qara Qarayev prospekti 80A ünvanının qarşısında qeydə alınıb.
Belə ki, naməlum avtomobil 1948-ci il təvəllüdlü Mahirə Əhməd qızı Bayramovanı vurub. Piyada təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və gecə saatlarında vəfat edib.
Polis əməkdaşları tərəfindən qəzanı törədən sürücü və avtomobilin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
***
Qəzanı törədərək hadisə yerindən yayınan “Subaru” markali 90- KG-526 qeydiyyat nişanlı avtomobilin sürücüsü 25 yaşlı A.Aslanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər