Qadının fotolarını paylaşıb pul istədi - Saxlanıldı

qadinin-fotolarini-paylasib-pul-istedi
Oxunma sayı: 3084

Bakıda qadını şantaj edən şəxs tutulub.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 28-də bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılaraq nalayiq ifadələr yazılması və silinməsi müqabilində ondan pul tələb olunması barədə polisə məlumat daxil olub. 

Xətai RPİ-nin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən A.Ağayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.