Qadınlarının 15 faizi hər gün nə yeyir? –Araşdırma

qadinlarinin-15-faizi-her-gun-ne-yeyir-arasdirma
Oxunma sayı: 2077

“Qafqazinfo” çox az insanın sevmədiyi bu dadlı və ləzzətli məhsulun tarixinə nəzər saldı. Bilin ki, şokoladın 3 min ildən də artıq yaşı var imiş.

Şokolad 3000 il bundan əvvəlki dövrə aid edilən nemətlər sırasına daxildir. Təxminən bizim eradan 1500 il əvvəl Meksika körfəzi sahillərində yerləşən Amerikada yeni sivilizasiya meydana gəlib. Onların mədəniyyətlərindən bizə çox nadir halda qalan məqamlar məlumdur, yalnız irəli sürülən fikirlərə əsasən məhz “kakao” sözü ilk dəfə olaraq onlar tərəfindən dildə “kakawa” kimi tələffüz edilərək, meydana gəlib. Təxminən 1000 il bizim eradan əvvəlki dövrü özündə birləşdirən həmin tayfanın sivilizasiya nümunələrindən sayılır.
Kakao və şokoladın hazırlandığı barın bitkisinin latınca adı “Theobrama cacao”dur. Hərfi tərcümədə “Tanrıların qidası” deməkdir. O, Şimali və Cənubi Amerikanın, Avstraliya, Asiya qitəsinin adalarının nəmli tropiklərində bitir. Dənələr öz şokolad aromasını və şokolad rəngini 2 - 7 saat davam edən xüsusi proses -fermentasiya nəticəsində alır.

Şokoladı necə hazırlayırlar

Qızardılmış kakao-paxlası üyüdülür və xırdalanır, ona şəkər, kakao-yağ, və eləcədə müxtəlif dad əlavələrini – xırdalanmış fındıq, badam, süd, rom, likör və s. əlavə edirlər. Alınmış şokolad kütləsini bir neçə gün ərzində xüsusi rezervuarlarda tam vahid forma alınana kimi yaxşıca qarışdırırlar. Sonra isə onu soyudur, formalarla tökür və şokolad plitələri və ya şokolad fiqurları formasında hazırlayırlar. Soyudulmuş şokoladı formalardan çıxarır və qablaşdırırlar. Şokoladın örtüyü mütləq hermetik olmalı, işıq və nəmdən yaxşı qorumalıdır. Çünki işıqda şokolad turşulaşmağa başlayır və həddən artıq nəmdə isə ağ qatla örtülür. Bundan əlavə şokoladı kənar iylərdən qorumaq lazımdır, çünki o, bunları asanlıqla özünə çəkir.

Şokolad valyutası

Əsrlərlə şokolad ağacının dənəsi maya xalqında demək olar ki, qızıl qiymətində dəyərləndirildi və tam dəyərli xırda pul kimi istifadə edilirdi. Daha bahalı şeylərin ödənişi bütöv qınlarla aparılırdı. Maraqlısı odur ki, qədim maya xalqı arasında saxta pul kəsmə inkişaf etmişdi. Fırıldaqçılar qınlardan kakao-paxlasını çıxarır, boş yerə gil doldurur, onları yapışqanla bərkidir və dövriyyəyə buraxırdılar. Beləliklə, şokolad iqtisadiyyatı özünü tükəndirmişdi və bizim eranın təqribən 600-cı ilində maya kakao ağaclarını plantasiyalarda əkməyə başladılar.

Deyilənə görə, Xristofor Kolumb kakao paxlalarını kral Ferdinanda özünün Yeni dünyaya dördüncü səfəri zamanı gətirib. Lakin heç kim Kolumb tərəfindən gətirilən bu qiymətli bitkilərin mənasını dərk edə bilmədi. Kolumdan sonrakı 100 il ərzində şokolad Avropada da meydana gəldi. Bir girvəngəsi 10-15 şillinqə satılırdı və şokolad içkisi yüksək nümayəndələrə aid edilirdi. XVI əsrdə ispan tarixçilərindən Oviedo yazırdı: “Yalnız varlılar və hörmətli şəxslər özünə şokolad içməyə icazə verə bilərdi, çünki bunu içmək pulu içmək kimi bir hərəkət idi. Bütün ölkələrdə kakao paxlalarını valyuta kimi istifadə edirdilər. 100 kakao toxumuna həmin vaxt bir yaxşı kölə almaq mümkün idi”.
Şokolad həmçinin müalicəvi ünsür kimi də istifadə edilirdi. Xristofer Lyudviq Xoffman şokoladı bir çox xəstəliklərin müalicəsi üçün insanlara məsləhət görürdü. Şokolad illər keçdikcə daha da məşhurlaşdı və nəticədə onun daxilinə əlavələr edilməyə başlanıldı. Bunlara süd, spesifik məhsullar, müxtəlif şirin məmulatlar, içki və hətta pivə də qatıldı. Əgər ilk əvvəl şokolad kişilər üçün içki sayılırdısa, sonrakı dövrlərdə bu xüsusən uşaqlar üçün maraqlı içkiyə çevrildi. 1674-cü ildə şokoladdan ruletlərin və pirojnaların içində istifadə etməyə başladılar. Bu dövr “yeyilə bilmə” müddəti adlandırılırdı, çünki hazırlanan şokoladları tək içmirdilər, hətta yemək də olurdu.
Avropaya aparıldıqdan sonra kakao ilk əvvəl kilsəyə və kralın sarayına düşür, burada saray qadınları tərəfindən xüsusən sevilirdi. İspaniyadan “kcokolatl” Avropanın digər bölgələrinə də yayılır və nəticədə meksikalılardan fərqli olaraq tərkibinə şəkər tozu, həmçinin vanil də əlavə edilir. Alman imperatoru olan V Karl kakaonun maliyyə nəticələrini öyrəndikdən sonra bu məhsul üzrə monopoliya elan edərək, yalnız özünün əlində cəmlənməsini tələb edir. Lakin XVII əsrdə qaçaqmalçılıq yolu ilə bu məhsul Niderlanda gətirilir. Lakin ilk dəfə şokoladın hazırlanması üçün lisenziyanı italyanlar əldə edir. İngiltərədə “Chocolate Houses” kofe və çay salonlarından daha çox insanı cəlb edir və müştəri axınına uğrayır. XIX əsrdə ilk dəfə olaraq şokolad pilitələri yaradılır, Jan Neaus isə ilk içərisi doldurulmuş konfetin yaradıcısı hesab olunur.
XİX əsrin əvvəlinə kimi şokoladı içirdilər. Düzdür, 1674-cü ildə kakaonu pirojnaya əlavə etməyə başladılar, lakin bu, uzun müddət şokoladın içki kimi qalmasına mane olmadı. 1700-ci ildə ingilislər kiçik kulinariya inqilabını həyata keçirdilər və ilk dəfə olaraq şokolada süd əlavə etdilər.

Şokolad plantasiyaları bütün dünyada yayılırdı, kakao-paxlaların Avropaya idxalı böyük templərlə artırdı - astek və konkistadorların qiymətli itkisi daha asanlıqla əldə edilirdi. XVIII əsrin sonuna hər bir fransız şokolad fincanını dada bilərdi: təkcə Parisdə 500 qənnadı fabriki var idi. İngiltərənin şokolad evləri (Chocolate Houses) öz populyarlığı ilə çay və kofe salonlarını geridə qoymuşdu.
1819-cu ildə isveçrəli Frasua Lui Kaye ilk dəfə dünyada öz nisbi çətin ərimə xüsusiyyətinə görə məşhur olan təmiz kakao yağı əldə edib. Bu, Kayeyə dünyada ilk dəfə bərk şokolad plitkası yaratmağa imkan verib. Artıq 1820-ci ildə Vivi şəhərinin yaxınlığında dünyada ilk şokolad fabriki açılıb.
Avropanı şokolad bumu əhatə etmişdir. Fabriklər bir-birinin ardınca açılırdı. Texnologiya inkişaf edir, reseptura təkmilləşirdi. Şokolada fındıq, şəkərlənmiş meyvə, şərab, hətta pivə də əlavə etməyə başladılar.

1875-ci ildə bir isveçrəli Daniel Peter daha bir şokolad inqilabı edərək şokolada süd tozu əlavə edib.

İdeal qadın şirniyyatı

Şokolad ideal qadın şirniyyatı sayılır. Bəzi alimlərin fikrincə şokolad qadın cazibəliyini artırır. Helsinki Universitetinin alimləri aşkar ediblər ki, hamiləlik dövründə şokoladın yeyilməsi gələcək uşağın sağlamlığına müsbət təsir göstərir.

Məlum olub ki, şirin şeyləri xoşlayanların uşaqları daha şən, fəal və zirək böyüyürlər. Onlar naməlum hallarda daha az qorxuya məruz qalırlar. Buna görə də bu, ehtimal etməyə əsas verir ki, şokolad təkcə gələcək anada deyil, hətta körpədə də stressi çıxarır.
Yaddan çıxarmaq lazım deyil ki, şokolad ilk əvvəldən kişi məmulatıdır. Əbəs yerə deyil ki, bəzi şokolad istehsalçıları açıq-aşkar öz məhsullarını kişi auditoriyasına istiqamətləndirirlər. Tünd şokolad dünyanın bir çox ölkələrində təyyarəçilərin, qütbçülərin və eləcədə hərbçilərin qida rasionunda ayrılmaz hissəni təşkil edir. Qidalandırıcı və kompakt şəkilli şokolad əvəzedilməz enerji mənbəyidir və fövqəladə hallarda isə sadəcə olaraq əvəzsizdir.

Təbii şokoladın saxlama müddəti 6 ay, əlavələri olan şokoladın saxlama müddəti 3 aydır.

Şokolad ürəyi

Almaniyalı aşbaz Qreqor Pfaff və onun heyəti Valentin gününə dünyada şokoladdan və pryanik xəmirindən ən böyük ürək düzəldiblər.

Şokolad ürəyinin çəkisi 922 kiloqramdır, hündürlüyü və eni isə 5 metrdir. Bu şokolad əsəri Banqonkun mehmanxanalarının birində yerləşdirilib.

1991-ci ilin fevralında Barselonada ən yüksək şokolad modelini hazırlayıblar. Nümunəvi şokolad əsəri 27 fut ( 8.5 m) hündürlüyə qalxır və bəzi şokolad xoşlayanlar bu eksponatı dişləməyə başlamayana qədər o, insanları sevindirirdi.

Şokolad bina


ABŞ-da şokolatdan uca bir bina da tikilib. ABŞ-ın Nyu-York şəhərində ucalan, 6.5 metr uzunluğundakı bu bina saf şokoladdan hazırlanıb. Tikilinin memarı fransız aşpaz Alain Roby 1036 kiloqram qara şokoladdan istifadə etməklə düzəltdiyi bu heykəllə daha bir rekorda imza atıb. 30 saata tikilən bina Ginnesin kitabına adını yazdırıb. Roby arxitekturada heç bir məşhur binanın görünüşündən istifadə etmədiyini bildirib.

“Şokolad” kimi məsləhətlər

Gün ərzində 2 şokolad yeyilməsi arterial təzyiqin aşağı düşməsinə səbəb olur.

Şokoladın tərkibində fenamin adlı maddə var ki, insanda sevgi hissi yaradır.

Kakao və şokolad antiseptik xüsusiyyətlərə malikdir: dişi bir çox zərərdən qoruyur.

1 ay ərzində 3 dəfə olmaqla 25 qram şokolad qəbul olunarsa insan ömrü bir ilədək uzanar.

İnsan mütəmadi olaraq gün ərzində yüksək kaloridə və çoxlu şokolad yeyərsə infarkt riski həmin insanda 5 dəfə artmış olar.

Şokoladın tərkibində A,B,C,D, və E, kalsium, kalium və natrium vitaminləri var.

Dünya qadınlarının 15%-i hər gün şokolad yeyir.

Şokolad yeməklə qızdırma, soyuqdəymə xəstəliklərini dəf etmək olar.
Dünyada ən çox şokolad yeyən ölkə İsveçrədir. Belə ki, hesablamalara əsasən hər sakinə il ərzində 10 kq şokolad düşür. 2-ci yerdə isə Rusiya qərarlaşıb. Hər sakinə 4,4 kq şokolad düşür.

Qara şokolad qan təzyiqini aşağı salır. Gün ərzində 2 qara şokolad yeməklə bu narahatçılığı dəf edə bilərsiniz.

Ağ şokolad dünyada sevgililərin rəmzi kimi tanınır. Belə ki, statistikaya əsasən 20 yaşlı əksər gənclər məhz ağ şokolada üstünlük verir.

Dünyanın ən kalorili şokoladı südlü şokolad hesab olunur. Bu şokoladın yeyilməsi ekspertlər tərəfindən çox da məsləhətli deyil.

İlk dəfə 1861-ci ildə Riçard Kedberi adlı şəxs ürək formasında şokolad hazırlamaq qərarına gəlib. Yalnız 7 ildən sonra bunun davam etdirilməsinə icazə verilib. 7 il fasilədən sonra isə Con Kedberi tərəfindən ürək formasında şokoladlar hazırlanıb.
“Qiri Çoko” yapon dilindən tərcümədə “şokolad borcu” deməkdir. Rəhbərlər həmişə öz işçilərinə təşəkkürlük əlaməti olaraq şokolad bağışlayırlar.

Dünyada sevgi rəmzi kimi tanınan ilk şirniyyat şokoladdır.

Nigar Məmmədli