“Qafqazda gərginlik “3 + 3” formatı çərçivəsində həll oluna bilər”

qafqazda-gerginlik-3-3-formati-cercivesinde-hell-oluna-biler
Oxunma sayı: 2714

“Tehran hesab edir ki, Qafqaz regionunda gərginlik Cənubi Qafqazın üç ölkəsinin (Azərbaycan, Ermənistan və Gürcüstan), eləcə də bu regionun üç yaxın qonşusunun (Rusiya, İran və Türkiyə) iştirakını nəzərdə tutan “3 + 3" formatı çərçivəsində həll oluna bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

“Əlbəttə ki, biz “3 + 3” mexanizmi vasitəsilə, eləcə də mövcud mexanizmlər vasitəsilə güc tətbiq etmədən bu regionda məsələləri həll etməliyik”, - o, rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra mətbuat konfransında deyib.

“Biz hesab edirik ki, sülh və sabitliyə doğru hərəkət etmək lazımdır”, - deyə o əlavə edib.