“Qalatasaray” azarkeşlərinə İtaliya polisindən sərt - Müdaxilə+Video

qalatasaray-azarkeslerine-italiya-polisinden-sert
Oxunma sayı: 643

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması ərəfəsində İtaliyada xoşagəlməz hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu gecə səfərdə “Yuventus”la qarşılaşacaq “Qalatasaray”ın azarkeşləri Turin polisinin sərt müdaxiləsi ilə üzləşiblər.

Komandalarına dəstək olmaq üçün Turinə səyahət edən “cimbom” tərəfdarları stadiona giriş zamanı polislə qarşıdurma yaşayıblar.

Məlumata görə, asayiş keşikçilərinin fiziki güc tətbiq etməsi nəticəsində azarkeşlərdən birinin ayağı sınıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib. Hazırda stadion ətrafında təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.

Qeyd edək ki, “Yuventus” - “Qalatasaray” matçı fevralın 26-sı, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İstanbulda keçirilən ilk görüşdə “sarı-qırmızılılar” rəqibini 5:2 hesabı ilə darmadağın edərək növbəti mərhələ üçün böyük üstünlük qazanıblar.