“Qarabağ” 1/8 finalda mübarizəni dayandırdı - Video

qarabag-18-finalda-mubarizeni-dayandirdi
Oxunma sayı: 20802

Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.

Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada “Bayer”lə görüşəcək. 

Xatırladaq ki, “Qarabağ” bu rəqiblə Avroliqanın qrup mərhələsində də qarşılaşmışdı. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

“Bay Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası
1/8 finalın cavab oyunu
14 mart

00:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leverkuzen. “BayArena”
İlk oyun – 2:2.

***

“Bayer 04” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq.

“Bayer 04”: Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

“Qarabağ”: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

***

Matç başladı.

***

İlk hissə başa çatdı.

“Qarabağ”-0 “Bayer”-0

***

İkinci hissə başladı.

***

“Qarabağ” hesabı açdı.

58-ci dəqiqədə Abdulla Zubir fərqləndi.

“Qarabağ” qırmızı vərəqə aldı. Elvin Cəfərquliyev 64-cü dəqiqədə meydandan qovulur...

***

67-ci dəqiqədə Juninyo hesabı 2:0 edir.

***

“Bayer” hesab arasındakı fərqi azaldır. 72-ci dəqiqədə Frimponq fərqlənir.

***

Oyunun əsas vaxtına 6 dəqiqə əlavə olundu

***

Patrik Şik 90+3-də hesabı 2:2 edir

***

“Bayer” 3-cü qolu vurur. Patrik Şik 90+7-ci dəqiqədə fərqlənir

***

Matç bitdi