Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turunun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Çempion “Sabah” son oyunda “Turan Tovuz”la qarşılaşacaq. Masazırda keçiriləcək oyunu Rauf Cabbarov idarə edəcək.
“Qarabağ” isə “Sumqayıt”ın qonağı olacaq. Oyunun baş hakimi Elvin Bayramov olacaq.
Daha öncə “Qəbələ” “Şamaxı”ya 3:1 hesabıyla qalib gəlib. “Kəpəz” – “Neftçi” və “Araz-Naxçıvan” – “Zirə” oyunları sabah, “İmişli” – “Karvan-Yevlax” görüşü mayın 24-də keçiriləcək.
Misli Premyer Liqası 33-cü tur
22 may
“Turan Tovuz” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“Bank Respublika Arena”. 17:00.
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 19:30.
Son xəbərlər
Son Xəbərlər