Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
“Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Ağdam klubu səfərdən qələbə ilə dönməklə liderlər qrupunda möhkəmlənməyə çalışıb. Üç qolun qeydə alındığı oyun məhz qonaqların qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, əvvəlki günlərdə baş tutan bu turun “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçlarında qalib müəyyənləşməyib. “Səbail” isə “Araz-Naxçıvan”ı 1:0 hesabıyla məğlub edib.
Azərbaycan Premyer Liqası
7-ci tur
25 sentyabr
“Qəbələ” – “Qarabağ” 1:2
Qollar: Lukas Afriko, 75 – Hamidu Keyta, 2. Nəriman Axundzadə, 11.
Qırmızı vərəqə: Kevin Medina, 42.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev.
Qəbələ şəhər stadionu, 19:00.