“Qarabağ”dan acı məğlubiyyət - Yenilənib+Video

qarabagdan-aci-meglubiyyet
Oxunma sayı: 7138

“Qarabağ” bu gün Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq. 

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu əsas mərhələnin 8-ci turunda “Liverpul”la qarşılaşacaq. 

Matç məşhur “Enfild Roud” stadionunda baş tutacaq. Ağdam klubu rəqibindən çətin səfərdə xal ala bilsə, pley-offa vəsiqə qazanmış olacaq. Lakin Azərbaycan çempionu məğlub olacağı halda belə istəyinə çata bilər. Bunun üçün digər oyunların nəticəsi böyük əhəmiyyət daşıyacaq.

UEFA Çempionlar Liqası Liqa mərhələsi

8-ci tur

29 yanvar 00:00.

“Liverpul” – “Qarabağ”

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Liverpul. “Enfild Roud” stadionu.

***

Komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

“Liverpul”: Alisson Beker, Ceremi Frimponq, Rayan Qravenberx, Virdcil Van Deyk (k), Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Yoqo Ekitike, Kadi Qakpo.

***

Matç başladı.

***

Matçın 15-ci dəqiqəsində Aleksis Makallister hesabı açır.

***

Florian Virts 21-ci dəqiqədə komandasının ikinci qolunu vurur.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

50-ci dəqiqədə Məhəmməd Salah cərimə zərbəsini dəqiq yerinə yetirir.

***

57-ci dəqiqədə Yoqo Ekitike komandasının növbəti qolunu vurur.

***

61-ci dəqiqədə Aleksis Makallister dubl edir.

***

90-cı dəqiqədə Kyeza adını tabloya yazdırır. 

***

Matç bitdi.