Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Qarabağa silah-sursat daşınması davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, qanunsuz daşınmaları əks etdirən növbəti video görüntülər lentə alınıb.
Görüntülərdən də aydın olur ki, rus sülhməramlı kontingenti maşınların sərbəst hərəkətinə şərait yaradır, qeyri-qanuni erməni dəstələri üçün silah-sursat və digər maddi-texniki təminat vasitələri daşınır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu kimi əməllərin qarşısının alınması üçün dəfələrlə rəsmi xəbərdarlıq edib. Gürünən odur ki, düşmən alışıq olduğu təxribatlardan əl çəkmək niyyətində deyil.