“Qarabağ”da “Bayer”lə oyunöncəsi ciddi itkilər

qarabagda-bayerle-oyunoncesi-ciddi-itkiler
Oxunma sayı: 10423

UEFA Avropa Liqasının 1/8 finalında Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq “Qarabağ” bu komanda ilə ilk matçlara itki ilə çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Elvin Cəfərquliyev “Braqa” ilə görüşdə qırmızı vərəqə aldığı üçün meydanda olmayacaq.

Julio Romao isə sarı vərəqə limitini doldurduğuna görə qarşılaşmanı buraxacaq.

Marko Yankoviç, Toral Bayramov və Marko Veşoviç isə ilk oyunda sarı vərəqə alsalar, cavab oyununda meydanda olmayacaqlar.