Qarabağda bu silah-sursatlar da müsadirə edildi - Video+Fotolar

qarabagda-bu-silah-sursatlar-da-musadire-edildi
Oxunma sayı: 5216

Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.

Xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib.

Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.