“Qarabağ”da daha bir ayrılıq

qarabagda-daha-bir-ayriliq
Oxunma sayı: 4144

“Qarabağ”ın akademiya koordinatoru Tacettin Doğan klubdan ayrılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam təmsilçinin mətbuat xidməti məlumat yayıb.

Doğanın klubla müqavilə müddəti başa çatıb. 

Türkiyəli tanınmış məşqçi Ziya Doğanın qardaşı olan Tacettin Doğan 2019-cu ildən “Qarabağ”da işləyirdi. O, klubda uşaq futboluna əsas cavabdeh şəxs idi.