Qarabağda memorial kompleks silah anbarı kimi istifadə olunub - Video

qarabagda-memorial-kompleks-silah-anbari-kimi-istifade-olunub
Oxunma sayı: 4264

Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut edir.