“Qarabağ”ın futbolçusu “Kəpəz”də

qarabagin-futbolcusu-kepezde
Oxunma sayı: 1522

“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

“Qafqazinfo” klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə klubu “Qarabağ”da oynayan Zamiq Əliyevi icarəyə götürüb. 21 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl Samir Məhərrəmli, Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimovu heyətinə qatıb.