“Qarabağ”ın oyununa bilet tapa bilməyənlərin nəzərinə

qarabagin-oyununa-bilet-tapa-bilmeyenlerin-nezerine
Oxunma sayı: 2778

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Olimpiakos" oyununa bilet satışı davam edir.

“Qafqazinfo” xəbər verir ki, qonaq komandanın azarkeşləri oyuna gəlmədiyindən əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb. 

Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. 

Kassalar bu gün saat 17:00-a qədər fəaliyyət göstərəcək. Digər biletləri isə iticket.az saytından da ala bilərsiniz. 

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır.