9-cu dəfə ardıcıl avrokubokların qrup mərhələsində oynayacaq “Qarabağ” üçün yenə çətin qrup alındı. “Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası bu dəfə Avropa Liqasında 2 “Böyük beşlik” ölkəsinin təmsilçisi ilə qarşılaşmalı olacaq.
Fransanın “Nant” və Almaniyanın “Frayburq” klubu ilə üz-üzə gələcək. Bu komandalar “Qarabağ”ın oynayacağıq 15 və 16-cı “Böyük beşlik” klubları olacaq.
Bəs, indiyə qədər “Qarabağ” nəhəng çempionatlardan hansı komandalarla üz-üzə gəlib və hesablar necə olub?
Ağdamlılar ilk dəfə 2010/2011 mövsümündə Avropa Liqasının pley-off mərhələsində Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. İki görüşün nəticəsinə görə almanlar mərhələ adlayan tərəf olub.
.jpg)
Ağdamlılar 2013/2014-cü il mövsümündə Avropa Liqasının pley-off-unda Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşıb. Səfərdə 1:2 hesabı ilə uduzan ağdamlılar, evdə də 0:2 hesablı məğlubiyyətə üzülüblər.
.jpg)
Növbəti dəfə “Qarabağ”ın “Böyük beşlik”dən rəqibi “Sent Etyen” olub. Ağdamlılar 2014/2015-ci il mövsümündə qrup mərhələsində qarşılaşdığı rəqiblə səfərdə 1:1, evdə 0:0 hesablı heç-heçələrə razılaşıb.
.jpg)
Avrokubok təmsilçisimiz eyni ildə İtalya “İnter”i ilə də matçlara çıxıb. Səfərdə 0:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri evdə 0:0 hesablı heç-heçəyə imza atıb.
Növbəti mövsüm “Qarabağ” yenə Fransa təmsilçisi ilə qarşılaşmalı olub. 2015/2016-cı illər mövsümündə qrup mərhələsində “Monako” ilə üz-üzə gələn ağdamlılar səfərdə 0:1 hesabı ilə uduzub, evdə isə 1:1 hesabı qeydə alınıb.
.jpg)
Eyni ildə eyni qrupda yer alan İngiltərənin “Tottenhem” klubu ilə qarşılaşmalar isə “Qarabağ” üçün uğursuz olub. Londonda 1:3 hesablı məğlubiyyətə üzülən “köhlən atlar” Tofiq Bəhramov adına Respublika stadionunda minimal hesablı məğlubiyyətlə barışmalı olub.
.jpg)
2016/2017-ci illərdə “Qarabağ” İtaliyanın “Fiorentina” klubu ilə üz-üzə gəlməli olub. Səfərdə qapısından 5 top buraxan ağdamlılar evdə 1:2 hesabı ilə uduzub.
.jpg)
Növbəti mövsüm - 2017/2018-ci illər “Qarabağ” tarixi yazaraq Çempionlar Liqası qrupuna düşür. Burada 3 nəhənglə eyni qrupda yer alır. “Çelsi”, “Roma” və “Atletiko” “Qarabağ”la eyni qrupda oynayır.
İngiltərənin “Çelsi” klubu ilə oyunlar “Qarabağ” üçün çox uğursuz olur. “Stemford Bric” stadionunda qapısından 6 cavabsız qol buraxan Qurban Qurbanovun komandası Bakıda rəqibin 4 qoluna mane ola bilmir.
.jpg)
İtaliya “Roma”sı ilə qarşılaşmalar isə heç də pis alınmır. “Köhlən atlar” evdəki matçda rəqib qapısına yol tapa bilir. 1:2 hesabı ilə uduzan “Qarabağ” “Stadio Olimpiko”da 0:1 hesabı ilə uduzur.
.jpg)
“Atletiko” ilə matçlar isə tarixə düşür. “Qarabağ” evdə 0:0-lıq heç-heçə oynadığı rəqibi ilə “Vanda Metropolitano” stadionunda 1:1-lik bərabərliyə imza ataraq Çempionlar Liqasının qrupunda ilk xallarını qazanıb tarixə düşür.
.jpg)
2018/2019-cu illə mövsümü Avropa Liqasında keçirən “Qarabağ” bu dəfə də “Böyük beşlik” təmsilçilərindən qaça bilmir. Avroliqanın ən uğurlu klubu “Sevilya” ağdamlılara rəqib olur. İki görüşə 5 qol buraxan Qurban Qurbanovun komandası səfərdə 0:2, evdə 0:3 hesabı ilə məğlub olur.
.jpg)
2020/2021 mövsümündə “Qarabağ” İspaniya nəhəngi “Vilyareal”la eyni qrupa düşür. “Qarabağ” bu görüşlərdə 0:3 və 1:3 hesabı ilə uduzur.
.jpg)
Son mövsüm Konfrans Liqasında yarışan “Qarabağ” yenə adını tarixə yazdıraraq avrokuboklarda qrupdan çıxıb pley-off rounduna vəsiqə qazanan ilk Azərbaycan klubu olur. Burada Fransa təmsilçisi “Marsel”ə rəqib olan Qurban Qurbanovun komandası iki görüşdə də uduzaraq mübarizəni dayandırır. “Qarabağ” evdə 0:3, səfərdə 1:3 hesabları qeydə alınır.
.jpg)
“Qarabağ” bundan qabaq “Böyük beşlik” təmsilçiləri ilə 28 dəfə üz-üzə gəlib. Bu oyunlarda Azərbaycan çempionunun heç bir qələbəsi yoxdur. Yalnız 6 dəfə heç-heçə qeydə alınıb.
Elsevər Məmmədov