Qax rayonunda daha iki ailənin altı üzvü göbələkdən zəhərlənib.
"Qafqazinfo" xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Ləkit kənd sakinləri olan bir ailənin üzvləri, 1966-cı il təvəllüdlü Məlik Məsim oğlu Şıxamirov və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Pəri Qurban qızı Şıxamirova, ailənin gəlini 1996-cı il təvəllüdlü İlhamə Şıxamirova və ailənin övladı 2005-ci il təvəllüdlü Mehri Məlik qızı Şıxamirova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Müayinə zamanı Şıxamirovlar ailəsinin göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. Hazırda Şıxamirovlar ailəsinin müalicəsi xəstəxanada davam edir.
Həmçinin oxuyun: Səttar Möhbalıyevin qardaşının villasında qətl
Polis əməkdaşı icarəyə götürdüyü avtomobilləri satıb
Bundan əlavə, şəhər sakinləri olan Eldar Əfəndiyev və onun həyat yoldaşı Səyyarə Məmmədova da göbələk zəhərlənməsi ilə Qax RMX-a müraciət ediblər. Eldar Əfəndiyevin vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb və onun həyat yoldaşı Səyyarə Məmmədovanın müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, oktybarın 19-da Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərlənib. Hər iki uşaq sonradan vəfat edib. Hadisədən bir gün sonra Zaqatala rayonunda da 3 nəfər göbələkdən zəhərlənmişdi.
Həmçinin oxuyun: Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü
Zaqatalada da 3 nəfər göbələkdən zəhərləndi
Mübariz Muradov