Qayınatasının evində gizlənən iranlı nüvə alimi həlak olub

qayinatasinin-evinde-gizlenen-iranli-nuve-alimi-helak-olub
Oxunma sayı: 4015

Bu gecə İsrailin İrana zərbələrindən sonra daha bir nüvə alimi həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İran KİV məlumat yayıb.

Məlumata görə, doktor Saddiqi Sabirin qayınatasının evinə 3 İsrail mərmisi düşüb.

Bildirilir ki, o, bir neçə müddətdir ki, qayınatasının evində sığınırmış.

Məlumata görə, münaqişənin başladığı ilk gün onun 17 yaşlı oğlu da həlak olubmuş.