“Qazaxıstan Ermənistandan keçməklə Türkiyəyə yeni ticarət marşrutu aça bilər”.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumanqarin bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən marşrut Qazaxıstana Türkiyə limanlarına birbaşa çıxış əldə etmək imkanı verəcək:
“Hazırda biz Azərbaycandan keçməklə Gürcüstana, Qara dəniz limanlarına gedirik. Yeni marşrut Naxçıvana və oradan birbaşa Türkiyəyə, onun dəniz limanlarına çıxış əldə etməyə imkan verəcək”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstanda rəsmi səfərdədir. Burada o, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Son xəbərlər
Son Xəbərlər