Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1993-cü il təvəllüdlü Kamilov Mirdamət Mirkamıl oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə piyada, 2001-ci il təvəllüdlü Rüstəmov Vüqar Pünhan oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, V.Rüstəmov Vətən müharibəsi qazisidir. O, müharibədə iştirakına görə bir neçə medalla təltif edilib.
Son xəbərlər
Son Xəbərlər