Qazla bağlı İstanbul sammitinin vaxtı dəyişdirildi

qazla-bagli-istanbul-sammitinin-vaxti-deyisdirildi
Oxunma sayı: 1332

İstanbulda qazla bağlı fevral ayında keçirilməsi planlaşdırılan sammit təxirə salınıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Energetika Nazirliyindən bir mənbə açıqlayıb. 

Məlumata görə, 14-15 fevral tarixlərində keçirilməli olan sammit martın 22-nə təxirə salınıb. 

Sammit zamanı Türkiyədə qaz qovşağının yaradılması məsələsi müzakirə ediləcək. 

Xatırladaq ki, Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin ötən ilin oktyabrında keçirdikləri görüş zamanı Türkiyədə qaz qovşağının yaradılmasına dair razılığa gəliblər.