Qəbələdə kişi skeleti tapıldı

qebelede-kisi-skeleti-tapildi
Oxunma sayı: 4791

Qəbələ rayonunda naməlum kişi skeleti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, skelet bu gün günorta saatlarında rayonun Nohurqışlaq kəndinin dağlıq ərazisində aşkarlanıb.

Bildirilib ki, hazırda həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.