Qəbələ stadionunu qar örtüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qəbələ” klubunun rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
Gecədən meydança tamamilə qarla örtülsə də, bu gün təmizlik işləri aparılıb. Amma hələ də qar yağır və təmizlik işlərini çətinləşdirir.
Qeyd edək ki, bu gün saat 17:00-da Misli Premyer Liqasında “Qəbələ” - “Karvan-Yevlax” matçının başlaması nəzərdə tutulub.


Son xəbərlər
Son Xəbərlər