Qərbi Azərbaycan İcması bəyanat yaydı

qerbi-azerbaycan-icmasi-beyanat-yaydi
Oxunma sayı: 2826

Qərbi Azərbaycan İcması Qarabağ erməniləri ilə bağlı bəyanat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, sədr Əziz Ələkbərli adından yayılan bəyanatda deyilir:

“Biz Azərbaycan hökumətinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrini re-inteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün görüşə dəvət etməsini alqışlayırıq. Bölgədə sülh və əmin-amanlığın yolu dialoq, barışıq və re-inteqrasiyadan keçir.

Eyni şəkildə, biz Ermənistan hökumətinin Ermənistandan qovduğu azərbaycanlıların öz evlərinə geri qayıtması üzrə bizim danışıqlara başlamaq təşəbbüsümüzə cavab verməsini gözləyirik. Qərbi Azərbaycan İcması olaraq, biz bu günlərdə Ermənistan Baş naziri Nikol Paşinyana məktub ünvanlamışıq və Ermənistan hökumətini öz evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququmuzun reallaşması üzrə dialoqa başlamağa çağırmışıq. Biz Ermənistan rəhbərliyinə ünvanlanmış məktubumuza cavab verməsini və danışıqlara başlamaq üçün təkliflər gözləyirik. Bu danışıqlar ilə bağlı bizim platformamız təməl insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və re-inteqrasiyaya əsaslanır”.