Qərbi Azərbaycana qayıdışla bağlı ikili vətəndaşlıq məsələsi yenidən müzakirə oluna bilər?

qerbi-azerbaycana-qayidisla-bagli-ikili-vetendasliq-meselesi-yeniden-muzakire-oluna-biler
Oxunma sayı: 1684

“Sosial şəbəkələrdə suallar verilir ki, Qərbi Azərbaycana, doğma torpaqlarımıza dönəndə pasport, vətəndaşlıq necə olacaq?” 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Elnur Allahverdiyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmələrdə bildirib.

“Düşünürəm ki, bu məsələni qaldırmalı və müzakirə etməliyik. Xüsusilə Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ikili vətəndaşlığı müzakirə etməliyik. Gələcəkdə Qərbi Azərbaycana qayıdan insanlarımız həm Ermənistan, həm də Azərbaycan vətəndaşlığı daşıya bilsinlər”, - millət vəkili əlavə edib.

E.Allahverdiyev vurğulayıb ki, toponimlərlə bağlı kitabların xarici dillərə tərcüməsi çox önəmlidir: “Xarici mənbə olmadan Azərbaycanın real toponimini vikipediya kimi beynəlxalq ensiklopediyaya yerləşdirmək qeyri-mümkündür. Diaspora müraciət etmək lazımdır ki, vacib kitabları tərcümə edək. Bundan əlavə xarici dillərdə danışan gənclərimiz fəal olmalı, dünyaya faktları çatdırmalıdırlar”.