“Qəsdən 3 dəfə qəza şəraiti yaratdı, kimə güvənir?” - Video

qesden-3-defe-qeza-seraiti-yaratdi-kime-guvenir
Oxunma sayı: 6590

Stilist Anar Ağakişiyev xoşagəlməz hadisə ilə rastlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqramda bildrib.

Ağakişiyevin sözlərinə görə, avtomobilində Heydər Əliyev prospektində hərəkət edərkən qəza şəraiti ilə üzləşib: “Qabağımda qəsdən 3 dəfə anidən tormoz verərək qəza şəraiti yaratdı. Görəsən, nəyə və kimə belə güvənir? Zəhmət olmasa, nəzərə alın və tədbir görülsün”.

Həmçinin oxuyun: Цена на йод резко выросла - Фото

Stilist əlavə edib ki, artıq polisə müraciət edib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, artıq A.Ağakişiyevin müraciət əsasında araşdırma başlayıb: “Yolda təhlükəli manevrlər edərək, özü və digər sürücülərin həyatını təhlükəyə atan şəxs barəsində araşdırma aparılır. Həmin sürücünün tapılaraq məsuliyyətə cəlb olunması üçün lazımi hüquqi addımlar atılıb”.