“Qəşəng torba tikdilər” – - Aqil Abbasa cavab

qeseng-torba-tikdiler-
Oxunma sayı: 4103


O, deyib ki, rejissoru Mədəniyyət naziri dəyişib: “Doğrudur, Mehriban Ələkbərzadə çox bərk inciyib. Mənim ona böyük hörmətim var. İndi də ailəvi dostuq. Amma Azərbaycanda gedən müharibə haqqında filmi kişi rejissor çəkə bilərdi. Filmin çəkilişi günü, ondan heç gözləməzdim, mənə telefonda dedi ki, Allah heç xeyrini verməsin. Mehriban xanım filmin ssenarisinə çox əlavələr eləmişdi. Təbii ki, rejissorun öz baxışı olmalıdır. Film rejissorundu, ssenari müəllifinin deyil. Sizə onlarla film adı deyərəm, rejissorunu tanıyarsınız, amma ssenari müəllifini yox. Amma rejissor sənin əsərini kənara qoyub, ayrı bir film çəkəcəksə, getsin özü yazsın, özü də çəksin. Mən bunu qəbul eləmədim”. 

M. Ələkbərzadənin rejissor olacağlı halda filmin daha yaxşı alına bilmə ehtimalı haqda suala isə A. Abbas belə cavab verib: “Heç də yaxşı alınmazdı. Mən Azərbaycan yazıçılarına da deyirəm, Azərbaycanda “Dolu”dan gözəl əsər yazılmayıb, heç olmayacaq da, “Dolu”dan gözəl müharibə filmi çəkilməyib, hələ on il də çəkilməyəcək. “Fəryad” bizim ilk müharibə filmimizdir, “Dolu” isə “Fəryad”dan da güclü filmdir”.

“Qafqazinfo” xəbər verir ki, A. Abbasın dediklərinə sərt reaksiya verib. O bildirib ki, A. Abbas doğru danışmır: “Aqil müəllim növbəti dəfə də məsələləri kökünden təhrif edir. Mənə filmin ssenarisini nazirlikden verdiler. Amma ssenari deyilən yazı bərbad idi. Və romanı oxuyub mütləq dəyişilməli hissələr vardı. Filmin müəllifi rejissordur. Mən qul rejissor olmadım, olmaram da. Əslində mənim müəlliflik etmək mutləqliyim də hər zaman bundan yaranıb. Mən qarşımdakından istər intellekt, istər peşəkarlıqda geri olamam. Tam əksi olan halda - ona qul olmamaq da mümkünsüzdür. Yox, mənim zövqüm və intellektim, illah da mövzu dərkimlə mübahisə aparmaq olsa da, qəbul etməmək, ya dəyərləndirməmək sadəcə nadanlıq və nsaşılıqdır. 

Gülməli budur ki, Aqil bəy bir tərəfdən deyir: rejissoru nazirlikdən dəyişirlər. Daha sonra deyir ki, yazdığım əsəri dəyişməyə qoymaram! Məntiqsizlik Aqil müəllimin ifadəsində apaydın görünür. Mənə deyirdi: səndən başqa kimsə olmasın, ancaq sən! 10 gün Amerikaya getdim, gəldim. Bir topa insancığazlar namərdcəsinə (mən filmə cəlb etməkdən imtina etdiyim insanlar və əsas da öncə əlimdəki film ssenarisini verdiyim o Elxan) qəşəng torba tikdilər. Mən onların əməllərini görüb, yazılı şəkildə özüm imtina etdim. Məqsədləri mənə maraqlı olmasa da (əslində ən ümdə səbəb maadiyyat idi). Çünki üzümə bir söz deyib, arxada başqa iş görən insanlarla uzaq yola çıxmazdım. 

Aqil bəyin yaddaşı korşalıb yəqin. Mən ona zəhmetimi halal etmirem - dedim. Hallalıq vermədim. Amma sonra baxdım filme. Düşündüm ki, nə olur yaxşılıga olur. Yaxşı ki mən çəkmədim o filmi. Çünki mənim vurğum haşiyəm ferqli olacaqdı. Yazarın zövqü isə başqa imiş. Mənim zəhmətimə heç dəyməzmiş.

İndi Aqil muəllim "təvozə" edir. Dolu-dan yaxşi əsər yazılmayıb- deyir. Bu da gülüncdür. Amma desin də, o öylə sanır.

Bir də, axı mən deyəndə ki "mən qadınam, səngəri kişi kimi hiss edə bilmərəm" ilk olaraq Aqil bəy “sənin kimi kimsə hiss etmez” deyirdi. İndi mənim öz dediyimi öz adlarına çıxırlar. Bilirsiz, bu filmlə bağlı mən elə sifətler, elə namərdliklər gördüm ki... 

Pis o idi ki, o insanların sözünə sahib çıxacaq gücləri olmadı. İyrəndim vallah. Böyük ders oldu. 

Bu qədər! Adamlar şərəf və vicdanın fərqində olmalıdır. Yoxsa kim nə deyir, özu bilər”.