Qəzada biri öldü, digəri isə komadadır... - Bacıların faciəsi

qezada-biri-oldu-digeri-ise-komadadir
Oxunma sayı: 18770

Dünən Novxanıda baş vermiş dəhşətli yol qəzasında ölən və yaralanan iki qızın bacı olduğu məlum olub.

"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi "Chevrolet"in "MAN" markalı yük maşınına çırpılması nəticəsində o vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib.

Qəzaya düşən bacılar Bakıdakı özəl klinikalardan birində çalışırmış. Onlar Sumqayıtdan Bakıya işə gələrkən qəzaya düşüblər.