Qəzada yaralananların adları məlum oldu - Yenilənib

qezada-yaralananlarin-adlari-melum-oldu
Oxunma sayı: 7374

Goranboyda avtobus körpüdən aşıb.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.

Xeyli yaralının olduğu bildirilir.

Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

APA-nın qərb bürosunun verdiyi məlumata görə, pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

“İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb. 

Xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Goranboyda ağır yol qəzası nəticəsində 25 nəfər xəsarət alıb. 

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, yaralılardan iki nəfərin vəziyyəti ağır olduğundan onlar Gəncə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb: “Digər 23 nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasında müalicə alır”.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada yaralananları sayı 26 olub. 23 yaralı Goranboyda, 2 yaralı Gəncədə, 1 yaralı isə Bərdədə xəstəxanaya yerləşdirilib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasındakı yaralılardan artıq 21-i ilkin tibbi müdaxilədən sonra evə buraxılıblar. Hazıırda ümumilikdə 5 yaralının müalicəsi davam etdirilir.

***

APA xəbər verir ki, Goranboyda pambıqyığan bağça işçilərini evə aparan avtobusun çaya aşması nəticəsində xəsarət alanlardan 19 nəfərin adı məlum olub.

Məlumata görə, qəzaya düşən avtobusda 63 nəfər olub. Onlar rayonun Qaraçinar və Şəfəq kənd uşaq bağçalarının işçiləri olub:

Orucova Şəlalə Mustafa qızı (1969)

Vəliyeva Qızxanım İlyas qızı (1966)

Aslanova Mehriban Müzəffər qızı (1969)

Məmmədova Gülarə Camal qızı (1962)

Ələkbərova Xalidə Salman qızı (1965)

Əhmədova Xatirə Nağı qızı (1978)

İsmayılova Nazilə Qafar qəzə (1970)

Hacıyeva Afaq Qafar qızı (1995)

Zamanova İlhamə Teymur qızı (1972)

Nəsirova Rahilə Teymur qızı (1972)

Məmmədova Pərvanə Güloğlan qızı (1952)

Ələşov Sərvan Qiyas oğlu (1996)

Arıyeva Gülşən Mehman qızı ( 1990)

Binnətova Solmaz Cənnət qızı (1964)

Camalova İlhamə Seymur qızı (1972)

Verdiyev Nəsimi Qasım oğlu (1975)

Binnətova Solmaz Cənnət qızı (1964)

Alanova Edelya Xamay qızı (1958)

Bağırova Rəna Hüseyn qızı (1962)