Azərbaycan cüdoçuları Tbilisidə keçirilən Avropa çempionatına qələbələrlə başlayıblar.
“Qafqazinfo” xəbər verir ki, bütün idmançılarımız ilk mərhələlərdə qalibiyyətə sevinib.
Xanım cüdoçumuz Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib.
Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib.
Leyla Əliyevanın (52 kq) rəqibi Nikolina Nişaviç (Serbiya) 1/16 final görüşünə çıxmayıb. Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.
Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib. O rəqibini məğlub edib.
Kişi cüdoçularımızdan Turan Bayramov (66 kq) almaniyalı Nikolas Kunzeyə qalib gələrək 1/18 finala yüksəlib.
Balabəy Ağayev (60 kq) isə 1/8 finalda italiyalı Andrea Karlino üzərində qalibiyyətə sevinib.
Əhməd Yusifov (60 kq) isə böyük britaniyalı Çarli Ayredən üstün olub və 1/8 finala çıxıb.
***
Gültac Məmmədəliyeva 1/16 finalda macarıstanlı Reka Puppa uduzaraq mübarizəni dayandırıb. Bu, Azərbaycan yığması üçün günün ilk məğlubiyyəti olub.
***
Turan Bayramov 1/8 finalda italiyalı Elios Manzini məğlub edərək 1/4 finala çıxıb. Onun rəqibi rusiyalı Murad Çopanov olacaq. Turan Bayramov Murad Çopanova ipponla uduzaraq, mübarizəni dayandırıb.
***
Leyla Əliyeva 1/8 finalda italiyalı Odette Qiuffridaya məğlub olub.
***
Könül Əliyeva 1/8 finalda ispaniyalı Martinez Abelendeya uduzaraq mübarizəni dayandırıb.
***
Şəfəq Həmidova son dünya çempionu Assunta Skuttonu (İtaliya) 1/8 finalda məğlub edib.
***
Əhməd Yusifov 1/4 finalda fransalı Luka Mxidzeyə uduzub.
***
Balabəy Ağayev 1/4 finalda ukraynalı Dilşot Xalmatova qalib gələrək yarımfinala yüksəlib.
***
Şəfəq Həmidova isə 1/4 finalda Tara Babulfathdan (İsveç) güclü olub.
***
Turan Bayramov təsəlliverici görüşdə moldovalı Radu İzvoreanudan üstün olub və bürünc medal görüşünə çıxacaq.
***
Əhməd Yusifov təsəlliverici görüşdə fransalı Valadier Pikarda qalib gələrək bürünc medal qazanmaq hüququ əldə edib.
Son xəbərlər
Son Xəbərlər