Qəzadan sonra oğlu ilə ABŞ-yə qaçan yazıçı saxlanıldı

qezadan-sonra-oglu-ile-abs-ye-qacan-yazici-saxlanildi
Oxunma sayı: 5213

Ölümlə nəticələnən qəzanı törədən yeniyetmə oğlunu qaçaq yolla Misirə, daha sonra ABŞ-yə aparan türkiyəli yazıçı Eylem Tok saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “X”də açıqlama verib.

Nazir qeyd edib ki, yazıçı və oğlu ABŞ-də saxlanılıb.

Xatırladaq ki, martın 5-də Türkiyənin İstanbul şəhərinin Eyüpsultan qəsəbəsində yazıçı və onun 16 yaşlı oğlu T. C. lüks avtomobillə yol kənarındakı maşına çırpılıb. Qəza zamanı digər maşındakı 5 nəfərdən 4-ü müxtəlif dərəcəli xəsarətlər alıb, 1-i isə hadisə yerindəcə keçinib.