Qəzaya düşən turistlərin vəziyyəti açıqlandı

qezaya-dusen-turistlerin-veziyyeti-aciqlandi
Oxunma sayı: 2212

Xəbər verdiyimiz kimi, ötən gecə İsmayıllı rayonunda turistləri daşıyan mikroavtobus aşıb.

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, qəza ilə əlaqədar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına 6 nəfər (cinsləri kişi olmaqla) yerləşdirilib. Onlardan 1-i Azərbaycan, digərləri Hindistan vətəndaşlarıdır:

“Pasiyentlərdən birinin müayinə və müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağırdır. Digərlərinin isə müalicəsi Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir”.

Qeyd edək ki, turistlər “Mercedes Vito” markalı avtomobillə Qəbələdən Bakıya qayıdarkən İsmayıllının Tircan kəndi ərazisində qəzaya düşüblər.