Qəzzada ölənlərin sayı 24 mini keçdi

qezzada-olenlerin-sayi-24-mini-kecdi
Oxunma sayı: 647

Ötən ilin oktyabrından bəri Qəzzada hərbi əməliyyatlar nəticəsində həlak olan sakinlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, indiyədək ölənlərin sayı 24 200 nəfəri keçib. 61 min nəfərdən çox insanın isə yaralandığı qeyd olunub.