Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Onun sözlərinə görə, məmura stent qoyulub və bu, vaxtında infarktın qarşısını almağa kömək edib.
Bununla belə, o, əməliyyat etdiyi nazirin adını açıqlamayıb.
Qeyd edək ki, ixtisasca kardioloq olan D.Osmonov bu ilin fevralın sonunda səhiyyə naziri təyin edilib.
Fotoda: Damir Osmonov

Son xəbərlər
Son Xəbərlər