Qızılın qiyməti yeni rekorda yüksəlib

qizilin-qiymeti-yeni-rekorda-yukselib
Oxunma sayı: 3789

Dünyada qızıl qiymətləri bir unsiya üçün 2315 dollara qədər artaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Bildirilib ki, “təhlükəsiz aktiv” hesab edilən qiymətli metal fevralın ortalarından bəri 15% bahalaşıb. Kotirovkaların artımı həmçinin Yaxın Şərqdə münaqişənin genişlənməsi qorxusundan qaynaqlanır.

Pik həddinə çatdıqdan sonra qızıl cüzi korrektə edərək, əvvəlki bağlanışdan 0,25% yüksək olmaqla bir unsiya üçün 2,324 dollara satılıb.