Qızlarımız ardıcıl ikinci dəfə Avropa çempionudur!

qizlarimiz-ardicil-ikinci-defe-avropa-cempionudur
Oxunma sayı: 2885

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin final oyunu baş tutub.

“Qafqazinfo” xəbər verir ki, qızlarımız finalda Kipr seçməsi ilə üz-üzə gəliblər.

Oyunun əvvələrindən üstünlüyü ələ keçirən millimiz, Kipr yığması üzərində 69-52 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə Avropa çempionu olub.